Sabunçuda bədbəxt hadisə - 19 yaşlı oğlanı məsciddə elektrik vurub öldürdü


Digərləri 10 Okt 2019 09:48:29 263 0

Sabunçuda bədbəxt hadisə - 19 yaşlı oğlanı məsciddə elektrik vurub öldürdü

Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib

Bakı. Samir Əli - Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib. Trend-in mənlumatına görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində qeydə alınıb. 2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürərkən çaydanın elektrik hissəsi açıq olub. M.Masizadə çaydanın açıq elektrik hissəsindən tutarkən onu cərəyan vurub. Nəticədə, o, hadisə yerində dünyasını dəyişib.