Bu ölkə ilk dövlət olacaq ki...


Digərləri 10 Okt 2019 08:01:00 279 0

Bu ölkə ilk dövlət olacaq ki...

Fransa hökuməti 2020-ci ilədək ölkədə "Alicem" adlı sifətin tanınması proqramını işə salmağı planlaşdırır. Fransa hakimiyyəti öz vətəndaşlarına onların istəyindən asılı olmayaraq məcburi qaydada rəqəmli pasportlar təqdim etmək istəyir. Bu haqda "Bloomberg" nəşri yazıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, artıq bir neçə tənzimləyici qurum və ictimai təşkilat Fransa hökumətinə qarşı iddia qaldırıb. İddialarda deyilir ki, "Alicem" texnologiyası fərdi məlumatların işlənməsinə dair qaydanı pozur. Həmin qaydaya əsasən, korporasiya və dövlətlər vətəndaşların icazəsi olmadan onların məxfi məlumatlarını toplaya bilməz.

Fransa hakimiyyəti iddia edir ki, biometrik məlumatlar yalnız rəqəmli pasportların hazırlanmasında istifadə ediləcək, başqa məlumat bazaları ilə inteqrasiya edilməyəcək və ya kənar şəxslərə verilməyəcək.

Lakin hakerlər qrupu 1 saat ərzində Fransa hökumətinin sınaq məlumat bazasına müdaxilə etməyə müvəffəq olublar.

(adsgarden = window.adsgarden || []).push({});