İraqda üç günlük matəm elan edildi


Digərləri 10 Okt 2019 03:00:14 352 0

İraqda üç günlük matəm elan edildi

İraqın baş naziri Adel Abd əl-Mehdi ölkədə nümayişlərin ikinci həftəsində şəhid olanlar üçün üç günlük matəm elan edib

Bakı, İraqın baş naziri Adel Abd əl-Mehdi ölkədə nümayişlərin ikinci həftəsində şəhid olanlar üçün üç günlük matəm elan edib. Trend-in məlumatına görə, ölən nümayişçilər və təhlükəsizlik işçiləri üçün matəm cümə axşamından şənbə gününə qədər davam edəcək. Nümayişçilərlə təhlükəsizlik rəsmiləri arasında şiddətli qarşıdurmaların müşayiət olunduğu etiraz aksiyalarına oktyabrın biri Bağdadda başlayıb və təkcə paytaxtı deyil eləcədə ölkənin cənubundakı bir neçə əyaləti - Nəcəf, Maysan, Zi-Kar, Babil, Vasit və Kadiziyanı da əhatə edib. Qeyd edək ki, nümayişçilər hökumətin istefasını, habelə yaşayış şəraitinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil və əmək bazarındakı problemlərin həllini və korrupsiyaya qarşı mübarizəni tələb edirlər.