Payız allergiyalarının səbəbi


Digərləri 09 Okt 2019 23:39:00 198 1

Payız allergiyalarının səbəbi

Mövsüm dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Havalar soyuduqca rast gəlinən xəstəliklər sırasında mövsümi allergiyalar da çoxalır. İmmun sistemi zəifdirsə, onda müxtəlif xəstəliklərə tutulma ehtimalı da yüksəlir. Yuxarı tənəffüs yolları sistemi dəyişən havaya qarşı daha həssas olur və bu zaman allergik xəstəliklərdən əziyyət çəkənlərdə ciddi problemlər yaranır.

Son.az bildirir ki, həkim-allerqoloq Pərvanə Hüseynova AZƏRTAC-a deyib: "Allergenlər hər mövsümə uyğun olaraq müxtəlifdir. Orqanizmdə hər hansı reaksiyaya səbəb olan amillər allergenlər hesab olunur. Payız allergenlərinin əsas səbəblərindən biri də çiçəkləmə dövründə olan bitkilərin tozcuqları və kif göbələklərinin sporlarının çoxalmasıdır. Həmin allergenlər daha çox allergik rinit və bronxial astma xəstəliklərinə səbəb olur.

Kif göbələkləri əsasən qapalı şəraitdə inkişaf edir. Rütubəti çox sevdiklərindən evdə, xüsusilə hamam otağında onların çoxalması üçün münbit şərait olur. Otaq şəraitində becərilən dibçək gülləri də allergenlərə səbəb ola bilir".

Allerqoloq daha sonra əlavə edib: "Bitki tozcuqları və kif göbələklərinin sporları əsasən külək vasitəsilə yayılır. Hətta çox uzaq məsafədə bitən bitkinin tozcuğu da külək vasitəsilə yaşadığımız məkana gələ bilər. Ona görə də mövsümü allergiyadan qorunmaq üçün xüsusilə açıq havada olduğu müddətdə uşaqların ağzını tənzif-maskalarla bağlamaq lazımdır".

(adsgarden = window.adsgarden || []).push({});
Uşaqlarda psixi sıxıntılardan xəbər verən 15 əlamət  Psixiatrdan MƏSLƏHƏT like
  • 09 Okt 23:20  
Digərləri Uşaqlarda psixi sıxıntılardan xəbər verən 15 əlamət Psixiatrdan MƏSLƏHƏT

Azyaşlı uşaqların psixikasında olan dəyişikliklər bəzən keçid dövrü

arrow Ətraflı
Heyva marmeladının hazırlanması  Usta öz sirlərini açır like
  • 09 Okt 23:10  
Digərləri Heyva marmeladının hazırlanması Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir

arrow Ətraflı
Yunker Türkiyəyə çağırış etdi  “Əməliyyatları dayandırın” like
  • 09 Okt 23:00  
Dünya Yunker Türkiyəyə çağırış etdi “Əməliyyatları dayandırın”

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Türkiyəni Suriyada təmkinl

arrow Ətraflı
Dünyada azı 2,2 milyard insan... like
  • 09 Okt 22:55  
Digərləri Dünyada azı 2,2 milyard insan...

Dünyada azı 2,2 milyard insan görmə qabiliyyətinin ciddi pozulması və ya

arrow Ətraflı
Tramp: “ABŞ heç vaxt...” like
  • 09 Okt 22:49  
Dünya Tramp: “ABŞ heç vaxt...”

"ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi".

arrow Ətraflı
DİQQƏT! Bu kartof sizi öldürə bilər  Əlamətlər like
  • 09 Okt 22:35  
Digərləri DİQQƏT! Bu kartof sizi öldürə bilər Əlamətlər

Qida rasionumuzda hər gün istifadə etdiyimiz kartofun əslində bizi zəhərl

arrow Ətraflı
Türkiyəli aktrisa üzr istədi like
  • 09 Okt 22:30  
Digərləri Türkiyəli aktrisa üzr istədi

Türkiyəli aktrisa Nebahat Çehre canlı yayıma qatılaraq tanınmış həkim

arrow Ətraflı
Azərbaycanda qızıl-gümüş bahalaşıb like
  • 09 Okt 22:25  
Digərləri Azərbaycanda qızıl-gümüş bahalaşıb

Oktyabrın 9-da qızılın qiyməti oktyabrın 8-i ilə müqayisədə 25,058 man

arrow Ətraflı