Mahatma Qandiyə poçt markası həsr olundu


Digərləri 09 Okt 2019 20:58:41 315 0

Mahatma Qandiyə poçt markası həsr olundu

Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

Bakı. Özbəkistan Respublikası İnformasiya Texnologiyalarının və Kommunikasiyaların İnkişafı Nazirliyi “Görkəmli xadimlər” seriyası çərçivəsində Hindistanın Milli Azadlıq Mübarizəsinin lideri və sülh müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi münasibətilə poçt markasını dövriyyəyə buraxıb. Trend-in məlumatına görə, poçt blokunun üzərində özbək və ingilis dillərində “Mahatma Qandinin 150 illiyi” yazısı, markanın üzərində isə Mahatma Qandinin porterti öz əksini tapıb. Poçt blokunun ölçüləri 100х90 mm, poçt markasının ölçüləri isə 52х37 mm təşkil edir və 5 min tirajla tədavülə buraxılıb. Bu maraqlı layihə rəssam S.Farmanova və dizayner U.Sulaymonova məxsusdur. Eyniləşdirmə nömrələri verilərək nominallar 6200 sum dəyərində müəyyən olunub.