Bu şirkət "Thomas Cook"un bütün biznesini satın alır


Digərləri 09 Okt 2019 20:49:00 349 0

Bu şirkət "Thomas Cook"un bütün biznesini satın alır

"Hays Travel" səyahət şirkəti iflasa uğramış "Thomas Cook" kompaniyasının Böyük Britaniyada 555 ticarət nöqtəsindən ibarət bütün pərakəndə biznesini satın alır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə müvafiq bəyanat "Thomas Cook" kompaniyası tərəfindən səsləndirilib, lakin sövdələşmənin məbləği açıqlanmayıb. "Hays Travel" kompaniyasının qərarı 2,5 min iş yerini xilas edə bilər.

Xatırladaq ki, Britaniyanın ən qocaman turistik operatoru "Thomas Cook" sentyabrın 23-də iflasa uğradığını və bütün britaniyalı müştərilərinin ölkəyə qaytarılmasının ardından ləğv olunacağını elan edib. Həmin vaxt təxminən 160 mini Britaniya vətəndaşı olan 600 min nəfərə yaxın insan kompaniyanın göndərişi ilə xaricdə dincəlirdi. Onların repatriasiyası oktyabrın 7-də başa çatıb. "Thomas Cook" kompaniyasının ləğv olunması səbəbindən 9 min nəfər işsiz qalıb.

(adsgarden = window.adsgarden || []).push({});