Bakıda "Muravey" səkiyə çırpıldı, 32 yaşlı kişi öldü


Digərləri 09 Okt 2019 19:59:31 268 0

Bakıda "Muravey" səkiyə çırpıldı, 32 yaşlı kişi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. Samir Əli - Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə Səbail rayonu ərazisində baş verib. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü İsmayılov Elvin Ağamehdi oğlu idarə etdiyi "Muravey" markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və Səbail rayonu, M.Qurban küçəsi 2 ünvanındakı səkiyə çırpılıb. Qəza nəticəsində E.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.