Yasamalda avtomobil piyadanı vurub öldürdü
Digərləri 09 Okt 2019 18:24:00 274 0
Yasamal rayonunun Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, oktyabrın 8-də saat 3 radələrində Yasamal rayonunun Tbilisi prospektində Abşeron rayon sakini Xəqani Səfərov idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Nadir Talıbovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Mənbə: milli.az