“Musanı necə istiyirəm elə də geyindirirəm”


Şou-biznes 09 Okt 2019 17:35:00 288 0

“Musanı necə istiyirəm elə də geyindirirəm”

ARB TV-nin "Üçəlli" verilişinin növbəti qonaqları, müğənnilər Təranə Qumral, Musa Musayev və ailəsi olub. Son.az bildirir ki, cütlüyün qızları Qumral, həyat yoldaşı Natiqin onunla eyni geyinməməsindən şikayətlənib: "Natiq mən dediyim kimi və yaxud bir-birimizə uyğun geyinməyi xoşlamır. Bu insanın da təbiəti belədir. Mənə çox vaxt deyirlər ki, özünüz geyinirsiz, bəs ona niyə geyindirmirsiz? Şükür geyim üçün hər şeyimiz də var. Amma o sport, rahat sevir. Efir də olsa, toy da olsa, nə istəsə elə geyinir". Təranə Qumral qızının bu açıqlamasından sonra maraqlı reaksiya verib: "Başına dönərəm Musanın, necə geyindirirəmsə elə geyinir. Musa müəllimin stili, əslində, rok stilidir. Amma mən klassik sevirəm deyə elə geyindirirəm".