Bakıda qadının boyunbağısını açıb aparan şəxs saxlanılıb


Digərləri 09 Okt 2019 17:34:00 232 0

Bakıda qadının boyunbağısını açıb aparan şəxs saxlanılıb

Bakıda qadının boynundan boyunbağı aparan şəxs saxlanılıb

Bakı. Samir Əli - Bakıda qadının boynundan boyunbağı aparan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsinə müraciət edən Suraxanı qəsəbəsində yaşayan bir qadın oktyabrın 2-də həyətində qonşusunun onun boynundakı 1200 manat dəyərində qızıl boyunbağını qıraraq aparmasını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq, narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş qəsəbə sakini E.Səfərov saxlanılıb.