Ermənistandakı Azərbaycan toponimləri ilə bağlı pоrtal yaradılıb


Digərləri 09 Okt 2019 16:26:00 63 0

Ermənistandakı Azərbaycan toponimləri ilə bağlı pоrtal yaradılıb

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyi tərəfindən www.realmap.az onlayn xəritə pоrtalının təqdimat mərasimi keçirilib.

Təqdim edilən portalın özəlliyi Ermənistanın ərazisində Azərbaycan toponimlərini bərpa etməklə onlara yeni nəfəs verməsindədir. Bununla mövcud Ermənistan respublikasının əzəli oğuz torpaqlarında yerləşdirilməsi əsaslı coğrafi və demoqrafik dəlillərlə isbat olunur.

Prezident İlham Əliyev Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan haqqında bütün beynəlxalq tribunalardan bəyan edir: "İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq". www.realmap.az onlayn xəritə platformasında göstərilən toponimik panorama və demoqrafik faktlar ölkə başçısının dünya miqyasında səsləndirdiyi tezisini möhkəmləndirən unikal elektron bazadır.

Portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilmişdir. Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı göstərilir. 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə azərbaycanlıların sayının dəfələrlə azalması xəritədə öz əksini tapmış və Ermənistanda soydaşlarımıza qarşı törədilmiş soyqırımın təzahürü kimi önə çəkilmişdir. Xəritə ilə yanaşı portalda "Ermənistanda Azərbaycan toponimləri", "Əhali", "Arxiv sənədlər" kimi yardımçı bölmələr yer almışdır. Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir sənədlər yerləşdirilmiş, kəndlərin adları əlifba üzrə sıralanmış və hər kənddə Azərbaycan əhalisinin soyqırımına dəlalət edən statistik məlumat verilmişdir. Layihənin koordinatoru Bakı Slavyan Universitetinin professoru, əməkdar jurnalist Şalalə Həsənovadır.

Bu gün güclü külək harada müşahidə edilib? like
  • 09 Okt 16:22  
Digərləri Bu gün güclü külək harada müşahidə edilib?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Deprtame

arrow Ətraflı
İtaliyada 200-dək reys təxirə salındı - SƏBƏB? like
  • 09 Okt 16:20  
Digərləri İtaliyada 200-dək reys təxirə salındı - SƏBƏB?

İtaliyanın “Alitalia” aviaşirkəti işçilərin tətili ilə əlaqədar b

arrow Ətraflı
Oqtay Əsədov: İsveçrə Azərbaycana 860 milyon ABŞ dolları həcmində investisiya yatırıb like
  • 09 Okt 16:14  
Digərləri Oqtay Əsədov: İsveçrə Azərbaycana 860 milyon ABŞ dolları həcmində investisiya yatırıb

Oktyabrın 9-da Milli Məclisin Sədri Oqtay Əsədov İsveçrə Konfederasiyas

arrow Ətraflı
Diqqət! Bu yolda təmir başlanır like
  • 09 Okt 16:09  
Digərləri Diqqət! Bu yolda təmir başlanır

Oktyabrın 10-dan etibarən təmir işlərinə başlanılır.

arrow Ətraflı
123 yaşlı nənə ilə 1 gün like
  • 09 Okt 15:59  
Digərləri 123 yaşlı nənə ilə 1 gün

Son.az qafqazinfo-nun yazısını təqdim edir:

arrow Ətraflı
Bu gün güclü külək harada müşahidə edilib? like
  • 09 Okt 15:57  
Digərləri Bu gün güclü külək harada müşahidə edilib?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Deprtame

arrow Ətraflı
Macarıstan Futbol Federasiyası azərbaycanlı azarkeşlərə kompensasiya ödəyəcək like
  • 09 Okt 15:51  
İdman Macarıstan Futbol Federasiyası azərbaycanlı azarkeşlərə kompensasiya ödəyəcək

Futbol üzrə Macarıstan və Azərbaycan yığmaları arasınd

arrow Ətraflı
Ermənistandakı Azərbaycan toponimləri ilə bağlı pоrtal yaradılıb like
  • 09 Okt 15:49  
Digərləri Ermənistandakı Azərbaycan toponimləri ilə bağlı pоrtal yaradılıb

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələr

arrow Ətraflı
"Johnson & Johnson" amerikalıya 8 milyard dollar təzminat ödəməlidir like
  • 09 Okt 15:45  
Digərləri "Johnson & Johnson" amerikalıya 8 milyard dollar təzminat ödəməlidir

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya məhkəməsi "Johnson & Johns

arrow Ətraflı
Cem Yılmaz Bakıda çıxış edəcək (FOTO) like
  • 09 Okt 15:42  
Digərləri Cem Yılmaz Bakıda çıxış edəcək (FOTO)

Türkiyənin məşhur komediya ustası, aktyor və şoumen Cem Yılmaz Bakıda

arrow Ətraflı