İtaliyada 200-dək reys təxirə salındı - SƏBƏB?


Digərləri 09 Okt 2019 16:20:00 309 0

İtaliyada 200-dək reys təxirə salındı - SƏBƏB?

İtaliyanın “Alitalia” aviaşirkəti işçilərin tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 198 reysi təxirə salıb

Bakı. Orxan Nəbiyev - İtaliyanın “Alitalia” aviaşirkəti işçilərin tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 198 reysi təxirə salıb. Trend-in məlumatına görə, tətilə səbəb əməkdaşların aviaşirkətin planlaşdırılan restrukturizasiyasına etiraz etmələridir. Qeyd olunur ki, tətil nəticəsində sərnişinlərin 30 faizi zərər çəkə bilər. Tətil gün ərzində davam edəcək.