Bayılda moped işıq dirəyinə çırpıldı - Ölən var


Digərləri 09 Okt 2019 13:56:00 192 0

Bayılda moped işıq dirəyinə çırpıldı - Ölən var

Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 8-də saat 11 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Elvin İsmayılov idarə etdiyi mopedi işıq dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.