Qusarda sahədən 5 ton kartof oğurlanıb


Digərləri 09 Okt 2019 12:51:00 251 0

Qusarda sahədən 5 ton kartof oğurlanıb

Qusarda sahədən 5 ton kartof oğurlanıb

Bakı. Samir Əli - Qusarda sahədən 5 ton kartof oğurlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də T.Nəzirova məxsus torpaq sahəsindən 5 ton kartof oğurlamaqda şübhəli bilinən Yasab kənd sakinləri İ.Cəfərov, V.Pirov, Ə.Balasultanov və Ə.Məmmədov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.