Nazir: “SOCAR Trading” Azərbaycan ərazisindən 1,6 milyon ton Qazaxıstan nefti nəql edib


Digərləri 09 Okt 2019 12:38:00 231 0

Nazir: “SOCAR Trading” Azərbaycan ərazisindən 1,6 milyon ton Qazaxıstan nefti nəql edib

“SOCAR Trading” şirkəti 2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən 1,6 milyon ton Qazaxıstan nefti nəql edib

Bakı. Mirsəid İbrahimzadə - “SOCAR Trading” şirkəti 2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən 1,6 milyon ton Qazaxıstan nefti nəql edib. Trend-in məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 16-cı iclasında çıxış edərkən deyib. Nazir bildirib ki, bütün 2018-ci il ərzində bu göstərici 1,5 milyon ton təşkil etmişdi. P.Şahbazov əlavə edib ki, Qazaxıstanın “KazTransQaz” şirkəti Azərbaycan ərazisindən mayeləşdirilmiş təbii qazın tranzitində maraqlıdır.