Xüsusi şərtlərlə pensiya təyinatı avtomatlaşdırılacaq


Digərləri 09 Okt 2019 12:13:00 224 0

Xüsusi şərtlərlə pensiya təyinatı avtomatlaşdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sahələri üzrə elektron əsaslar üzərində proaktiv yönümlü xidmətlərin tətbiqi işlərinin əhatə dairəsi daha da genişləndirilir.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sahələri üzrə elektron əsaslar üzərində proaktiv yönümlü xidmətlərin tətbiqi işlərinin əhatə dairəsi daha da genişləndirilir. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu işlər çərçivəsində nazirlik xüsusi şərtlərlə pensiya təyinatı sisteminin də avtomatlaşdırılması istiqamətində işlərə başlayıb. E-sistem işə salınandan sonra xüsusi şərtlərlə pensiya təminat hüququ yaranan vətəndaşların (hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və b.) da bu hüquqları yarandığı gün pensiya təyinatları heç bir yerə müraciət edilmədən və sənəd təqdim olunmadan, e-qaydada reallaşdırılacaq.