"Diqlas" və "Binə"nin aqibətini yaşamamaq üçün nələr edilməlidir?


Digərləri 09 Okt 2019 11:58:00 272 0

"Diqlas" və "Binə"nin aqibətini yaşamamaq üçün nələr edilməlidir?

Bakıda məşhur ticarət mərkəzləri son zamanlar həm də insan faciələrinin yaşandığı məkanlar kimi xatırlanır. "Diqlas"dan sonra "Binə" ticarət mərkəzində baş verən yanğınlar onlarla, yüzlərlə sahibkarı ciddi problemlərlər qarşı-qarşıya qoydu.

Faciələr həm də sığortadan tutmuş təhlükəszilik məsələlərinə qədər indiyə kimi bir çox ciddiyə alınmayan məqamların vacibliyini gündəmə gətirdi.

Bəs belə xoşagəlməz hadisələrdən qaçmaq üçün hansı addımlar atılmalı, önləyici tədbirlər görülməlidir? 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Son.az-a deyir ki, mərkəzləşmiş soyutma-isilik sistemlərinin olmadığı ticarət mərkəzlərində yanğın hadisələrinin baş verməsi qaçılmazdır: 

"Qarşıdan qış gəlir. Xeyli sayda belə ticarət mərkəzləri vardır ki, onlar da, demək olar ki, mərkəzləşdirilmiş isitmə-soyutma sistemləri yoxdur. Orada olan onlarla, yüzlərlə obyeklər isə qışda isinmək üçün elektrik qızdırıcılarından istifadə edirlər. Hətta 15-20 kv metrlik bir obyektdə iki elektrik qızdırıcıdan və bir də yemək hazırlamaq üçün olan elektrik plitələrindən istifadə etdiyinin şahidi də olarıq. Siz təsəvvür edin onlarla, yüzlərlə obyek bu cür elektrik qızdırıcılarından istifadə edir. Bu da, öz növbəsində, elektrik xətlərində yüklənməyə səbəb olur ki, yanğın təhlükəsi qaçılmaz olur. Baş verən yanğınların səbəblərinə baxsaq, görərik ki, bunların, demək olar ki, çoxu elektrik qısaqapanmasından baş verən yanğınlardır.