Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının VAXTI açıqlanıb


Digərləri 09 Okt 2019 10:30:37 263 0

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının VAXTI açıqlanıb

Sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 11 və 18 oktyabr tarixlərində keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanlarının vaxtı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 11 və 18 oktyabr tarixlərində keçiriləcək. İmtahanlar saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 11 və 18 oktyabr tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.