Azərbaycan Tibb Universitetinin məzunları Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə başlayıblar


Digərləri 09 Okt 2019 10:00:00 296 0

Azərbaycan Tibb Universitetinin məzunları Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə başlayıblar

Tələbələr Mərkəzi Gömrük Hospitalında yüksəkixtisaslı tanınmış mütəxəssislərin yanında biliklərə yiyələnəcəklər.

Bakı. Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə tələbələrin hospitalda rezidentura keçməsi ilə bağlı imzaladığı müqaviləyə əsasən 7 oktyabr 2019-cu il tarixindən etibarən Azərbaycan Tibb Universitetinin yeddi məzunu Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimlərinin rəhbərliyi altında rezidentura təhsilinə başlayıblar. Rezidentlər seçdikləri ixtisasa müvafiq olaraq - Hacı Zakir Rəsulzadə, Aynur Paşayeva, Leyla Əhmədova Ümumi cərrahiyyə şöbəsində t.f.d., ümumi cərrah Dr. Namik Novruzovun, Rəşid Qocabəyov Uşaq cərrahiyyəsi şöbəsində uzman uşaq cərrahı Dr. Vüsal Cəfərovun, Diləfruz Bayramova və Fərhad Həsənli Radiologiya şöbəsinin rəisi, uzman, radioloq Dr. Eldəniz Hüseynovun, Nemət Nemətzadə Kardiologiya şöbəsində invaziv kardioloq Dr. Samir Mustafayevin rəhbərliyi ilə rezudentura təhsili alacaqlar. Tələbələr Mərkəzi Gömrük Hospitalında yüksəkixtisaslı tanınmış mütəxəssislərin yanında biliklərə yiyələnəcəklər. Rezidenturanın sonunda rezidentlər seçdikləri sahənin tam, yüksək ixtisaslı mütəxəssisləri olacaqlar. Mərkəzi Gömrük Hospitalının baş həkimin müavini Ceyla Əhmədxanova oktyabrın 7-də tələbələrlə görüşərək onları yeni təhsil ili münasibətilə təbrik edib və tövsiyələrini verib.