Atasının toyuna görə 57 kiloqram arıqladı


Digərləri 09 Okt 2019 09:37:00 265 0

Atasının toyuna görə 57 kiloqram arıqladı

Böyük Britaniyalı Daniel Riçmond əzmi və iradəsi ilə hərkəsi özünə heyran qoyub.

Son.az axşam.az-a istinadən bildirir ki, 133 kiloqram olan qadın hər zaman qeyri-sağlam şəkildə qidalanıb. O, hazır paket qidalardan, qızardılmış kartof və şirniyyatdan çox istifadə edirdi. Gənc qızın atasının nişanlısı ondan toyda rəfiqəsi olmağı xahiş edib.

Bundan sonra Daniel arıqlamağa qərar verib. O, xüsusi arıqlama proqramına qoşulub. Həftədə 2 dəfə 5 km məsafəni qaçıb, özü üçün sağlam yeməklər hazırlayıb. Bir ildən az müddətdə 57 kiloqram arıqlayan gənc qız atasının toyunda hamını heyran qoyub.

(adsgarden = window.adsgarden || []).push({});