Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir - Sevinc Fətəliyeva


Digərləri 09 Okt 2019 09:17:00 57 0

Rusiya Azərbaycanın faydalı əlaqələrə malik olduğu əsas tərəfdaş ölkələrdəndir - Sevinc Fətəliyeva

Son illər müstəqil Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.

Bakı. İlhamə İsabalayeva - Son illər müstəqil Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Ölkəmizin qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş ölkələrdən biri də Rusiya Federasiyasıdır. Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir. Trend-in məlumatına görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. S.Fətəliyeva bildirib ki, mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir: "Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Prezidentlərin qarşılıqlı səfərləri ənənə halını alıb. Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərində səfərdə olub. Soçidə Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında keçirilmiş görüşdə iki ölkə arasında əməkdaşlıq və münasibətlərin inkişafı diqqət mərkəzində olub. Kifayət qədər məhsuldar keçən səfər çərçivəsində dövlət başçımız “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak edib, iclasın iştirakçıları ilə qeyri-formal görüşə qatılıb. Prezident İlham Əliyev Soçi şəhərinə səfəri zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində, həmçinin, Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verib. Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti tədbirinə dəvət almasını dövlətimizin başçısının beynəlxalq səviyyədə yüksək nüfuz qazanması, eyni zamanda, iki qonşu dövlət - Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək dinamika ilə inkişaf etməsinin təsdiqi kimi dəyərləndirilməlidir”. Milət vəkili əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı olduqca yüksək maraq və diqqətlə qarşılanıb, öz növbəsində bir sıra mühüm ismarıclarla yadda qalıb: “Valday Beynəlxalq Diskussiya Klubunun növbəti tədbirinə dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirən dövlətimizin başçısı Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Məlumdur ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir, prinsipial siyasətini davam etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Dövlətimizin başçısının mövqeyi bir daha təsdiqləyir ki, Azərbaycan prinsipial siyasətini davam etdirir, ölkəmizin mövqeyi qəti və birmənalıdır. Bu gün Ermənistan da yaxşı bilir ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Ermənistanın isə yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Qazaxıstanda güclü zəlzələ olub like
  • 09 Okt 09:15  
Dünya Qazaxıstanda güclü zəlzələ olub

Qazaxıstanda 5,5 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Xəzərdə zəlzələ olub like
  • 09 Okt 09:09  
Digərləri Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
İtaliyanın baş naziri ABŞ və Aİ arasında ticarət müharibəsinin qarşısını almağa çağırıb like
  • 09 Okt 09:05  
Dünya İtaliyanın baş naziri ABŞ və Aİ arasında ticarət müharibəsinin qarşısını almağa çağırıb

İtaliyanın baş naziri Cüzeppe Konte Avropa İttifaqı və ABŞ arasında tic

arrow Ətraflı
"Instaqram"ın işində problem yaranıb like
  • 09 Okt 09:03  
Digərləri "Instaqram"ın işində problem yaranıb

"Instagram" sosial şəbəkəsinin işində problem müşahidə olunub

arrow Ətraflı
Azərbaycanın tutduğu yol alternativsiz yoldur  FOTO like
  • 09 Okt 08:59  
Digərləri Azərbaycanın tutduğu yol alternativsiz yoldur FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Geofizika v

arrow Ətraflı
Türkiyə parlamenti Suriyada və İraqda əməliyyatların keçirilməsinə mandatın vaxtını uzadıb like
  • 09 Okt 08:52  
Dünya Türkiyə parlamenti Suriyada və İraqda əməliyyatların keçirilməsinə mandatın vaxtını uzadıb

Türkiyə parlamenti Suriyada və İraqda əməliyyatların keçirilməsinə man

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 09 Okt 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Türkiyədə iki terrorçu zərərsizləşdirilib like
  • 09 Okt 08:45  
Digərləri Türkiyədə iki terrorçu zərərsizləşdirilib

Türkiyənin Van əyalətində iki terrorçu zərəsizləşdirilib

arrow Ətraflı
83 dövlət əmlakı özəlləşmədə  Vaxt açıqlandı like
  • 09 Okt 08:40  
Digərləri 83 dövlət əmlakı özəlləşmədə Vaxt açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbət

arrow Ətraflı
ABŞ Suriyanın şimalından hərbçilərini geri çəkməyinin səbəbini açıqlayıb like
  • 09 Okt 08:33  
Dünya ABŞ Suriyanın şimalından hərbçilərini geri çəkməyinin səbəbini açıqlayıb

ABŞ Suriyanın şimalından hərbçilərini Türkiyənin burada planlaşdırdı

arrow Ətraflı
Moskvada iki tramvay toqquşub, xəsarət alan var like
  • 09 Okt 08:26  
Dünya Moskvada iki tramvay toqquşub, xəsarət alan var

Rusiyanın paytaxtı Moskvanın şərqində iki tramvay toqquşub.

arrow Ətraflı
Aysun üçün "Maşın" əldən getdi like
  • 09 Okt 08:20  
Şou-biznes Aysun üçün "Maşın" əldən getdi

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın şou"nun 1

arrow Ətraflı
İngiltərədə 2 həftə davam etməsi planlaşdırılan etiraz aksiyası keçirilir like
  • 09 Okt 08:19  
Dünya İngiltərədə 2 həftə davam etməsi planlaşdırılan etiraz aksiyası keçirilir

İngiltərədə iqlim dəyişikliyi ilə bağlı ekoaktivistlərin 2 həftə dav

arrow Ətraflı
Əfqanıstanda "Taliban" kəşfiyyatının rəhbərlərindən biri saxlanılıb like
  • 09 Okt 08:17  
Digərləri Əfqanıstanda "Taliban" kəşfiyyatının rəhbərlərindən biri saxlanılıb

Əfqanıstanın xüsusi təyinatlı hərbçiləri "Taliban" radikal hərəkatın

arrow Ətraflı