“Millionaire Estate Baku” diqqətləri özünə cəlb etdi (FOTO)


Digərləri 09 Okt 2019 01:16:40 353 0

“Millionaire Estate Baku” diqqətləri özünə cəlb etdi (FOTO)

Paytaxtımızda Millionaire Concept layihəsi nəzdində ilk dəfə keçrilən, "Millionaire Estate Baku" maraqlı və unudulmaz anlarla yadda qaldı.

Bakı. Paytaxtımızda Millionaire Concept layihəsi nəzdində ilk dəfə keçrilən, "Millionaire Estate Baku" maraqlı və unudulmaz anlarla yadda qaldı. Trend-in məlumatına görə, "Holiday Group" və "Led.Az Events" şirkətinin birgə təşkil etdiyi gecədə türkiyəli model, aktrisa, dəb ikonu sayılan İvana Sert, sosial şəbəkədə məşhurluq qazanan üç bacı, dəb bloqerləri Nadine, Farah və Alice Abdelaziz kimi populyar simalar qatıldı. Qonaqlar əvvəlcə «Atəşgah» rəqs qrupu tərəfindən möhtəşəm “fire show” izləyiblər. Daha sonra isə gecənin rəsmi hissəsi baş tutub. Layihəni dəstəkləyən "The Luxury Network" beynəlxalq şirkətinin Türkiyə üzrə təmsilçisi Erdem Akçıl çıxış edərək bildirib ki, "Millionaire Concept" olduğca faydalı bir layihədir və məqsədi ölkələr arasında turizm sektorunun inkişafına böyük töhfə verməkdir. Layihənin ideya müəllifi Aqil Məmiyev isə qeyd etdi ki, paytaxtımız üçün maraqlı və faydalı hesab olunan belə tədbirlərin il ərzində bir neçə dəfə keçirilməsi planlaşdırılır. Çıxışlardan sonra “Kengerli Baku”, “Gunel Behbudova” və “Noora Brand” kimi məşhur brendlərinin dəb kolleksiyası nümayiş olunub. Tədbirdə iştirakçılar əyləncəli şoudan zövq almaqla yanaşı informativ, məhsuldar və biznes yönümlü proqramdan yararlanmaq imkanını da əldə ediblər. Daha sonra gecənin mükafatlandırma hissəsinə start verilib.