Olimpiya milli yığma komandaların baş məşqçilərinin maaşları artırılıb


Digərləri 08 Okt 2019 23:58:34 369 0

Olimpiya milli yığma komandaların baş məşqçilərinin maaşları artırılıb

“Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilib

Bakı. “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilib. Trend-in məlumatına görə, dəyişikliyə əsasən, Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinin maaşları 594 manatdan 890 manata qədər artırılıb. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilib.