60 milyon kredit kartı məlumatları oğurlanıb


Digərləri 08 Okt 2019 22:45:00 245 0

60 milyon kredit kartı məlumatları oğurlanıb

Rusiyanın Sberbank-ına aid etibarlı və etibarsız olmaqla toplamda 60 milyon kredit kartı məlumatları oğurlanıb.

Son.az ted.az-a istinadən bildirir ki, Rusiyanın "Kommersant" qəzetində yazılan xəbərə görə, kredit kartları haqqında məlumatlar, Rusiyada qadağan edilmiş bir internet forumunda satışa çıxarılıb. 200 kredit kartının məlumatı "sınaq" məqsədi ilə potensial müştərilərə təklif edilib.

Satışa təqdim edilənlər arasında şəxsi məlumatlarla yanaşı, kredit kartına aid maliyyə məlumatları da yer alıb.

Hal-hazırda 18 milyon etibarlı kredit kartına sahib olan Sberbank, müəssisə daxilində istintaqın başlandığını söyləyib.

(adsgarden = window.adsgarden || []).push({});