Amerikanı "inşa etmiş" pikap satışa çıxarılıb FOTO


Digərləri 08 Okt 2019 22:01:00 257 0

Amerikanı "inşa etmiş" pikap satışa çıxarılıb  FOTO

Amerika Birləşmiş Ştatlarında pikapları çox sevirlər. Bu günlərdə Amerikada yaşayan dostum, kafedə oturub qəhvə içən iki xanımın durmadan sahib olduqları pikapları təriflədiklərinin şahidi olduğunu mənə söyləyib. Həqiqətən də, ABŞ-da pikap istehsal etməyən avtoistehsalçı uğursuzluğa düçardır.

Son.az autograph.az-a istinadən bildirir ki, amerikalıların bildirdiyinə görə, bu günki Amerikanın inşa edilməsində F seriyasından olan Ford pikaplarının xüsusi xidmətləri vardır. 1948-ci ildə debüt etmiş Ford pikapı II Dünya müharibəsindən sonra amerikalılara işləmək imkanı yaradıb. 1953-cü ildə təqdim edilmiş F100 pikapı isə, ağır işlərdə çalışmaqla yanaşı, amerikalılara təbiətə yollanaraq dincəlmə şansını verib.  

Bu günlərdə Kaliforniyada 1953-cü ilin Ford F100 pikapı satışa çıxarılıb. Tamamilə bərpa edilmiş pikap sanki Ford zavodunun qapılarından indi çıxıb. 215 at qüvvəli altısilindrli mühərrik və 3-pilləli avtomatik qutu ilə təchiz edilmiş Coral Flame qırmızı rəngli pikap istənilən kolleksiyanın ulduzu ola bilər.

(adsgarden = window.adsgarden || []).push({});