Elektron dərslik portalında 22 dərslik yenilənib


Digərləri 08 Okt 2019 21:28:00 265 0

Elektron dərslik portalında 22 dərslik yenilənib

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) Azərbaycan və rus bölmələri üzrə mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 7-si olmaqla ümumilikdə 22 dərslik yeniləri ilə əvəzlənib.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda məzmun və dizayn baxımından təkmilləşdirilmiş dərsliklərin elektron formatda hazırlanıb portalda yerləşdirilməsi prosesi davam etdirilir.

Portalda 231 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 255 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb.

Nazirlikdən bildirilib ki, elektron dərslik portalı ölkə üzrə saytların reytinq cədvəlində son bir ay ərzində 80 pillə yüksələrək 51-ci olub. Belə ki, sentyabr ayı ərzində portala giriş sayı 332 130-a, səhifələrə ümumi baxış sayı isə 2 748 408-ə çatıb.