TikTok siyasi reklamları qadağan etdi


Digərləri 08 Okt 2019 21:15:00 264 0

TikTok siyasi reklamları qadağan etdi

TikTok hər hansı bir siyasi reklamın yayımlanmasına icazə verməyəcəyini açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, yayımlanan bəyanata görə, Çin şirkəti ByteDance-a məxsus olan TikTok siyasi reklam üçün uyğun platforma deyil.

Bütün dünya gəncləri arasında populyar olan sosial media platforması TikTok istifadəçilərinin əyləncəli videolar paylaşmaq və izləmək məqsədilə şəbəkəyə daxil olduğunu və platformanın məzmununa zidd olduğu üçün siyasi reklamlara icazə verməyəcəklərini söyləyib.

Qeyd edək ki, Feysbuk, Tvitter və YouTube kimi platformalar, 2016-cı il ABŞ seçkilərində təbliğat vasitəsi kimi istifadə edildiyi üçün yanlış siyasi müzakirələr və manipulyasiyalara qarşı təzyiq altında qaldı. Daha əvvəl Feysbuk sui-istifadə hallarının qarşısının alınması səyləri çərçivəsində siyasi reklamlarla bağlı qaydaları sərtləşdirmişdi. Xüsusilə son günlərdə Çinin ABŞ və Honkonqla yaşadığı gərginliklər TikTok-un reklam siyasətini dəyişdirməsinə səbəb olub.

(adsgarden = window.adsgarden || []).push({});