Unikal sistem ayaq protezlərini hiss etməyə imkan verir


Digərləri 08 Okt 2019 21:05:00 333 0

Unikal sistem ayaq protezlərini hiss etməyə imkan verir

İsveçrədən əlilləri sevindirəcək xəbər - ayaq protezləri artıq hiss edilə biləcək.

Son.az ted.az-a istinadən bildirir ki, İsveçrənin Sürix Ali Texniki məktəbinin alimləri ayaq protezi yerə toxunduqda insanın bunu hiss etməsinə imkan verən sistem yaradıblar.

Protez elektrik siqnallarını pasiyentin baldır sinirlərinə implantasiya edilmiş 4 elektroda ötürür. Ayaqdakı elektrodlar siqnalları Bluetooth vasitəsilə tutur. Alimlər bu mexanizmi protezi və insanın bədənini birləşdirərək istifadə ediblər.

Yeni protez ayağının dizdən yuxarı hissəsi amputasiya edilmiş 3 pasiyentdə müvəffəqiyyətlə sınaqdan keçirilib. Protez pilləkənlə 30 faiz daha sürətli qalxmağa və yıxılma riskini aşağı salmağa imkan verib.

(adsgarden = window.adsgarden || []).push({});