FTB “ən məhsuldar” qatili seçdi


Dünya 08 Okt 2019 20:44:00 209 0

FTB “ən məhsuldar” qatili seçdi

FTB (Federal Təhqiqatlar Bürosu) 93 cinayətini etiraf edən manyak Samuel Littli ABŞ tarixindəki "ən məhsuldar" qatil adlandırıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 79 yaşlı Littl 1970-2005-ci illərdə küçələrdə dəhşətli cinayətlər törədib. Baxmayaraq ki, qatil yüzə yaxın qətli etiraf edib, müstəntiqlər onun cinayətlərdən 50-də iştirakını sübut edə biliblər.

Görünən odur ki, manyakın qalan 43 "hekayə"si də doğrudur. Çünki qatil bunlardan 34-də qurbanların yaşını, dəri rənglərini, cinayətlərini, qətl ərazisini və vaxtını dəqiq göstərib.

Onun qurbanlarının əksəriyyəti qadınlar olub. Qatil öldürmə üsuluna görə əksərən boğmağı seçib. İllər boyu cinayətkar tutulmayacağına inanıb. Belə ki, o, qurbanlarının onsuz da heç kimə lazım olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, onu 2012-ci ildə evsizlər üçün sığınacaqda cinayətlərdən birinin DNT müayinəsindən çıxan nəticə əsasında həbs ediblər.