Azərbaycan İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərin qəbuluna başlanıb


Digərləri 08 Okt 2019 19:24:00 222 0

Azərbaycan İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərin qəbuluna başlanıb

Azərbaycan İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərin qəbuluna başlanıb

Bakı. “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə Azərbaycan İnnovasiya Mükafatı (AİM) təsis olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan İnnovasiya Mükafatının Təşkilat Komitəsinin tərkibi sahə üzrə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilir. Layihə çərçivəsində 2018-2019-cu illər ərzində innovasiya fəaliyyəti istiqamətində ən təşəbbüskar, fəal şirkət, layihə və şəxslər mükafatlandırılacaq. İctimai əsaslı mükafatla əlaqədar elan olunmuş müsabiqəyə müraciətlərin qəbuluna artıq start verilib. Müsabiqə “İlin startapı”, “İlin influenseri”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi” və “İlin innovasiya ekosistemi təmsilçisi” nominasiyaları üzrə keçirilir.