Rusiya və Türkiyə milli valyutada hesablaşma aracaq


Dünya 08 Okt 2019 18:24:00 242 0

Rusiya və Türkiyə milli valyutada hesablaşma aracaq

Rusiya Maliyyə Nazirliyi ilə Türkiyə Xəzinə və Maliyyə Nazirliyi arasında milli valyutalarda hesablaşma və ödəmələr barədə saziş imzalanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sazişi Rusiya maliyyə nazirinin birinci müavini Anton Siluanov və Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak imzalayıb.

Sazişə əsasən iki ölkə arasında bank hesablaşmaları zamanı milli valyutalardan (rubl və lirə) istifadə olunması, maliyyə bazarlarının müvafiq infrastrukturunun yaradılması nəzərdə tutulur.