BŞBPİ piketlə bağlı məlumat yaydı


Digərləri 08 Okt 2019 18:27:00 34 0

BŞBPİ piketlə bağlı məlumat yaydı

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası 50 nəfərin iştirakı ilə piket keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Son.az-a verilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, müraciətə baxılaraq, toplantının təşkilatçıları, tədbirin oktyabrın 8-i saat 15.00-dan 16.00-dək Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə keçirilməsi barədə məlumatlandırılmışdır:

"Piket ərəfəsində təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq aidiyyəti qanunvericilik aktlarının tələbləri nəzərlərinə çatdırılmış, tədbirin dinc, qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun təşkil olnması barədə xəbərdar edilmişlər.

Lakin onlar "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun 9-cu maddəsinin V və 12-ci maddəsinin III hissələrinin tələblərini kobud surətdə pozaraq oktyabrın 8-i tədbir yerinə razılaşdırılmış vaxtdan qabaq toplaşmış, piketə dəstək adı altında qanunsuz aksiyalarına qoşulmaq barədə vətəndaşlara çağırışlar etmiş, toplantıya 50 nəfərdən çox tərəfdarını cəlb etməklə müəyyən olunmuş ərazidən kənara çıxmağa, qanunsuz küçə yürüşü keçirməyə cəhd göstərmişlər.

Nəticədə həmin ərazidə nəqliyyatın hərəkəti iflic olmuş, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranmış, ətrafdakı insanlara qarşı kobudluğa və digər qanunazidd hərəkətlərə yol verilmişdir.

İctimai asayişin pozulması ilə müşayiət olunan küçə yürüşünə cəhdin və aksiya iştirakçılarının hüquqazidd əməllərinin qarşısı alınmışdır.

Piket üçün müəyyən edilmiş vaxtdan xeyli qabaq müxtəlif yerlərdə toplaşaraq hüquq qaydasını pozmuş 17 şəxs xəbərdar edilmiş, 4 nəfər barəsində inzibati protokol tərtib olunmuşdur. Həmçinin, polisin qanuni tələblərinə tabe olmayaraq küçə yürüşü keçirməyə cəhd edən 5 nəfər haqqında toplanmış inzibati materiallar məhkəməyə göndəriləcək, sərxoş halda olan və üzərində soyuq silah aşkarlanıb götürülmüş daha bir piket iştirakçısının əməlinə hüquqi qiymət veriləcəkdir".

Rusiya və Türkiyə milli valyutada hesablaşma aracaq like
  • 08 Okt 18:24  
Dünya Rusiya və Türkiyə milli valyutada hesablaşma aracaq

Rusiya Maliyyə Nazirliyi ilə Türkiyə Xəzinə və Maliyyə Nazirliyi arasın

arrow Ətraflı
Qvardiola Silvaya: "Sənin ayaqların hardadır?" like
  • 08 Okt 18:24  
İdman Qvardiola Silvaya: "Sənin ayaqların hardadır?"

Manchester City-nin baş məşqçisi Pep Qvardiola İngil

arrow Ətraflı
BŞBPİ piketlə bağlı məlumat yayıb like
  • 08 Okt 18:18  
Digərləri BŞBPİ piketlə bağlı məlumat yayıb

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbayc

arrow Ətraflı
AzTVdə yeni təyinatlar like
  • 08 Okt 18:17  
Digərləri AzTVdə yeni təyinatlar

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmd

arrow Ətraflı
Sevgilisi ilə görüşə gedən oğlan 48 gündən sonra like
  • 08 Okt 18:16  
Dünya Sevgilisi ilə görüşə gedən oğlan 48 gündən sonra

Türkiyənin Zonguldak bölgəsində sosial şəbəkədə tanış olduğu qızl

arrow Ətraflı
Fotoşopun əndazəsini aşıb, lağa qoyulan məşhurlarımız like
  • 08 Okt 18:14  
Şou-biznes Fotoşopun əndazəsini aşıb, lağa qoyulan məşhurlarımız

Mobil foto redaktə proqramlarının çoxalması hər kəsin rahatlıqla şəkil

arrow Ətraflı
Əlavə seçki məntəqələri yaradılır like
  • 08 Okt 18:11  
Siyasət Əlavə seçki məntəqələri yaradılır

Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclas

arrow Ətraflı
Müxalifətin mitinq mərəzinin müalicəsi varmı?  "Politşou" təqdim edir like
  • 08 Okt 18:07  
Siyasət Müxalifətin mitinq mərəzinin müalicəsi varmı? "Politşou" təqdim edir

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlunun

arrow Ətraflı
Xəzərdə 4 balıqçı itkin düşüb like
  • 08 Okt 18:04  
Digərləri Xəzərdə 4 balıqçı itkin düşüb

Xəzərdə 4 balıqçı itkin düşüb.

arrow Ətraflı
XİN bu insanları arzuolunmaz şəxslər siyahısından çıxarıb like
  • 08 Okt 17:59  
Siyasət XİN bu insanları arzuolunmaz şəxslər siyahısından çıxarıb

Cənubi Koreya Respublikasının vətəndaşları Ji Sun Kim, Lee Soo Jeong və

arrow Ətraflı