Turistlər ən çox buranı ziyarət edir


Digərləri 08 Okt 2019 18:29:00 287 0

Turistlər ən çox buranı ziyarət edir

Məşhur "Columbus Direct" dünyanın ən çox turist gedən yerlərinin siyahısını hazırlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, siyahı əsasən bir kvadratmil (2,59 kvadratkilometr) sahəyə düşən turistlərin sayına görə hesablanıb.

İlk yerdə Taylandda yerləşən Phuket adası olub. Burada 1 kvadratmilə 5090 turist düşüb. Belə ki, il ərzində adanı 9,29 milyon (yəni orta hesabla gündə 25452 nəfər) turist ziyarət edib.

İkinci yerdə isə İspaniyada Balear adaları muxtar respublikasının ən böyük şəhəri və paytaxtı olan Palma-de-Mayorka dayanıb. Burada bir kvadratmilə 2918 turist düşüb.

Üçüncü yerdə isə yenə də Taylanddakı Pattayya adası dayanıb. Burada 1 kvadratmilə 2762 turist düşüb.

Siyahıda dördüncü yerdə Paris, beşincidə isə Barselona qərarlaşıb. Parisdə 1 kvadratmilə 1174, Barselonada isə  605 turist düşüb.

(adsgarden = window.adsgarden || []).push({});