Özbəkistanın Elektron Hökumət Layihələrində Azərbaycanın müasir innovasiyalarından istifadə olunacaq (FOTO)


Digərləri 08 Okt 2019 18:00:17 235 0

Özbəkistanın Elektron Hökumət Layihələrində Azərbaycanın müasir innovasiyalarından istifadə olunacaq (FOTO)

Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır.

Bakı. Azərbaycanın İnnovasiyaların İxracı Konsorsiumu (AZİNNEX) və Özbəkistan Respublikasının Prezidenti yanında Layihə İdarəetməsi üzrə Milli Agentlik yanında Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır. Trend-in məlumatına görə, memorandum Azərbaycanının İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin sədri İlham Namazov və Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzinin direktoru Şahrəsul Şahazamiy tərəfindən imzalanıb. Memorandum çərçivəsində tərəflər elektron hökumət istiqamətində layihələr üzrə təcrübə mübadiləsini həyata keçirəcək, birgə olaraq forumlar, dəyirmi masalar təşkil edəcəklər. Anlaşma Memorandumunun imzalanma mərasimində və Özbəkistan Respublikasının Prezidenti yanında Layihə İdarəetməsi üzrə Milli Agentliyin direktor müavini Davron Maqsudov Azərbaycanın elektron hökumət istiqamətində təcrübəsinin Özbəkistan üçün önəmli olduğunu qeyd edib. O, hazırda Özbəkistanda “Rəqəmsal Özbəkistan” Yol Xəritəsinin yaradıldığını və 2020-2025-ci illərdə elektron hökumətin qurulması və rəqəmsal iqtisadiyyatın inkişafı üçün nəzərdə tutulan addımlar haqqında AZİNNEX-in nümayəndə heyətini məlumatlandırıb. AZİNNEX-in İdarə Heyətinin sədri İlham Namazov Azərbaycanın dövlət qurumlarında tətbiq olunmuş layihələr haqqında, o cümlədən ASAN İmza haqqında geniş məlumat verib.