Avqustda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 20 milyon dollardan çox artıb


Digərləri 08 Okt 2019 14:33:00 220 0

Avqustda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 20 milyon dollardan çox artıb

2019-cu ilin avqustunda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 20,516 milyon dollar artaraq 163,885 milyon dollar təşkil edib

Bakı. Rufiz Hafizoğlu - 2019-cu ilin avqustunda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 20,516 milyon dollar artaraq 163,885 milyon dollar təşkil edib. Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər. Avqust ayında Türkiyədən Azərbaycana ixrac 138,423 milyon dollar, Azərbaycandan idxal isə 25,462 milyon dollara bərabər olub. İki ölkə arasında bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 15,432 milyon dollar artaraq 1,250 milyard dollar təşkil edib.