Deputat: Azərbaycan Rusiya və Türkiyə arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir


Digərləri 08 Okt 2019 14:10:00 220 0

Deputat: Azərbaycan Rusiya və Türkiyə arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir

Bakı Azərbaycanın strateji tərəfdaşları olan Rusiya və Türkiyə arasında dostluq münasibətlərini dəstəkləyir

Bakı. Mətanət Nəsibova - Bakı Azərbaycanın strateji tərəfdaşları olan Rusiya və Türkiyə arasında dostluq münasibətlərini dəstəkləyir. Trend-in məlumatına görə, buni Milli Məclisin deputatı Rasim Musabəyov Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilən “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan, eyni zamanda Bakı-Moskva-Ankara müstəvisində üçtərəfli əməkdaşlıq formatını tam şəkildə dəstəkləyir: “Eyni zamanda, regionda kiçik ölkələr da var ki, məsələn, Ermənistan - böyük dövlətlərin rəqabətindən faydalanmağa çalışır”. Deputat bildirib ki, üç regional dövlət arasında əməkdaşlığın güclənməsi onların hər biri üçün faydalıdır, bu əməkdaşlıq regionun sabitliyin və enerji təhlükəsizliyinin qorunmasına yönəlib: “Hər üç dövlət regionun siyasi sabitliyinin möhkəmlənməsi və iqtisadi inkişafı üçün səy göstərir. Bu, üçtərəfli əsasda münasibətlərin özülünün möhkəmləndirilməsi üçün əsas amildir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin