Qaxda partlayış baş verən ərazi polis nəzarətinə götürüldü, əraziyə ANAMA çağırıldı


Digərləri 08 Okt 2019 13:59:48 212 0

Qaxda partlayış baş verən ərazi polis nəzarətinə götürüldü, əraziyə ANAMA çağırıldı

Qax rayonu ərazisində partlayış baş verən ərazi polis nəzarətinə götürülüb.

Bakı. Samir Əli - Qax rayonu ərazisində partlayış baş verən ərazi polis nəzarətinə götürülüb. Trend-in məlumatına görə, əraziyə təhlükəsizlik səddi çəkilib və giriş-çıxış qadağan edilib. Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədirlər. İlkin ehtimala görə, ərazidə partlayıcı maddə olub və partlayış da bu səbəbdən baş verib. Məlumata görə, hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları (ANAMA) dəvət olunub. Agentliyin araşdırmalarından sonra hadisənin hansı səbəbdən baş verdiyi məlum olacaq. Xatırladaq ki, bu gün səhər saatlarında Qax rayonu ərazisində qəfil partayış baş verib.