DİQQƏT! Bu küçələrdə rənglənmə işləri aparılacaq


Digərləri 08 Okt 2019 10:34:00 227 0

DİQQƏT! Bu küçələrdə rənglənmə işləri aparılacaq

Xətai rayonu, Səmədbəy Mehmandarov və Yasamal rayonu, Şəfayət Mehdiyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bakı. Samir Əli - Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xətai rayonu, Səmədbəy Mehmandarov və Yasamal rayonu, Şəfayət Mehdiyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Trend "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir. Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.