TANAP-ın baş direktoru: Əldə edilən gəlirin 58 faizi Azərbaycana düşəcək


Digərləri 08 Okt 2019 10:16:00 242 0

TANAP-ın baş direktoru: Əldə edilən gəlirin 58 faizi Azərbaycana düşəcək

TANAP qaz-boru kəməri tam gücü ilə işə düşdükdən sonra qazın nəql edilməsindən 1.45 milyard dollara qədər gəlir əldə ediləcək.

İstanbul. Elçin Mehdiyev – TANAP qaz-boru kəməri tam gücü ilə işə düşdükdən sonra qazın nəql edilməsindən 1.45 milyard dollara qədər gəlir əldə ediləcək. Trend-in məlumatına görə, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. Onun sözlərinə görə, bu məbləğin 58 faizi Azərbaycana düşəcək.