Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluqda cinayət işi başladı


Digərləri 08 Okt 2019 09:34:00 275 0

Füzulidə doğuş zamanı uşaq öldü, prokurorluqda cinayət işi başladı

Füzuli rayonunda doğuş zamanı uşaq ölüb.

Bakı. Samir Əli - Füzuli rayonunda doğuş zamanı uşaq ölüb. Trend-in məlumatına görə, hadisə Füzuli Rayon Mərkəzi Xəstəxanasında baş verib. Beyləqan rayonu, Mil qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Qasımova Gözəl Kərim qızı xəstəxananın doğum şöbəsinə qəbul olunub. Doğuş zamanı G.Qasımovanın uşağı ölüb.