Apple AirPods 3 çoxdan gözlənilən özəlliyi əldə edə bilər


Digərləri 08 Okt 2019 08:51:00 262 0

Apple AirPods 3 çoxdan gözlənilən özəlliyi əldə edə bilər

Apple şirkəti sentyabrdakı təqdimat tədbiri çərçivəsində naqilsiz Apple AirPods qulaqlıqlarının üçüncü nəslini təqdim etməmişdi. Lakin 3-cü Apple AirPods qulaqlığı barəsində məlumat internetdə ortaya çıxmağa davam edir. Belə ki, qulaqlıq barəsində yeni məlumatları insayderlər iOS 13.2 əməliyyat sisteminin beta versiyasında aşkar ediblər.

Son.az technote.az-a istinadən bildirir ki, yeni sızdırılmış məlumata əsasən AirPods 3 dizayn dəyişikliyi ilə yanaşı həmçinin çoxdan gözlənilən bir özəlliyi də əldə edəcək. Bu barədə The Verge saytı xəbər verib. Təqdim edilmiş sxematik foto AirPods-un dizayn dəyişikliyini sərgiləyir. Bununla yanaşı fotodan da görmək olar ki, qulaqlığın əsas tərəfi silikon hissələrdən ibarətdir. Bu isə öz növbəsində kənar səslərin mane olmasının qarşısıını alacaq. Bir sıra insayderlərin məlumatlarına əsasən Apple şirkəti AirPods 3-ü artıq bu ayın sonunda təqdim edə bilər.

(adsgarden = window.adsgarden || []).push({});