Almaniyada yük maşını işıqforda dayanan maşınlara çırpılıb


Dünya 08 Okt 2019 08:53:00 249 0

Almaniyada yük maşını işıqforda dayanan maşınlara çırpılıb

Almaniyanın Limburq-an-der-Lan şəhərində yük maşını işıqforda dayanan maşınlara çırpılıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 10-dan çox insan xəsarət alıb.

Məlumata əsasən, hadisə yerli dəmiryol stansiyası yaxınlığında baş verib, sürücü saxlanılıb. Ümumilikdə 8 avtomobilə ziyan dəyib.

Bildirilir ki, hadisə nəticəsində 16 nəfər xəsarət alıb.