Dağ yürüşünə çıxmaq istəyənlər üçün yeni marşrutlar hazırlanır (ÖZƏL)


Digərləri 08 Okt 2019 07:50:05 261 0

Dağ yürüşünə çıxmaq istəyənlər üçün yeni marşrutlar hazırlanır (ÖZƏL)

Dövlət Turizm Agentliyi (DTA) dağ yürüşünə çıxmaq istəyənlər üçün yeni dağ marşrutları hazırlayır.

Bakı. İlhamə İsabalayeva - Dövlət Turizm Agentliyi (DTA) dağ yürüşünə çıxmaq istəyənlər üçün yeni dağ marşrutları hazırlayır. Bunu Trend-ə DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin sektor müdiri Elgün Cavadov deyib. Onun sözlərinə görə, hazırlanan marşrutlar əsasən, Qafqaz dağlarını əhatə edir: "Ərazinin həm Bakıya yaxınlığını, həm də infrastrukturunu nəzərə alaraq, hazırda Qafqaz dağları üzrə marşrutlar hazırlanır". E.Cavadov qeyd edib ki, hazırda DTA tərəfindən dağ marşrutları üçün vahid işarələnmə sisteminin yaradılması istiqamətində də işlər aparılır: "Bununla bağlı ilk addımlar atılır. Vahid işarələnmə sisteminin yaradılması nəticəsində Qubada, yaxud Balakəndə dağ cığırından keçən turist eyni işarə sistemini görəcək. Bu işarələnmə sisteminə baxdıqda görmək mümkün olacaq ki, maşrutun uzunluğu nə qədərdir, onun təhlükəsizliyi üçün görülən tədbirlər nələrdən ibarətdir və s.".