39 yaşlı kişi qoz ağacından yıxılıb öldü


Digərləri 07 Okt 2019 21:50:00 270 0

39 yaşlı kişi qoz ağacından yıxılıb öldü

Tovuz sakini ağacdan yıxılıb ölüb. Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1980-cı il təvəllüdlü Qasımov Mehman Yunis oğlunun meyiti kənd ərazisindəki qoz bağında tapılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, M. Qasımov həmin bağda qoz ağacından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.