Tovuzda 39 yaşlı kişi qoz ağacından yıxılıb öldü


Digərləri 07 Okt 2019 21:22:46 230 0

Tovuzda 39 yaşlı kişi qoz ağacından yıxılıb öldü

Tovuz sakini ağacdan yıxılıb ölüb.

Bakı. Samir Əli - Tovuz sakini ağacdan yıxılıb ölüb. Trend-in məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində baş verib. Kənd sakini, 1980-cı il təvəllüdlü Qasımov Mehman Yunis oğlunun meyiti kənd ərazisindəki qoz bağında tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, M. Qasımov həmin bağda qoz ağacından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində keçinib.