Bu amil ölkəmizdə istehsal olunan qeyrineft məhsullarının Çin bazarına ayaq açmasına şərait yaradacaq


Digərləri 07 Okt 2019 18:01:00 305 0

Bu amil ölkəmizdə istehsal olunan qeyrineft məhsullarının Çin bazarına ayaq açmasına şərait yaradacaq

Azərbaycan-Çin Xalq Respulikası arasındakı münasibətlər strateji xarakter daşıyır və iqtisadi əməkdaşlıq imkanları çox böyükdür.

Son.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, Çin dünyanın ən böyük iqtisadiyyatı olan ölkəsidir: "Azərbaycan Çinin "Bir Kəmər, Bir yol layihəsi" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir. Azərbaycanın həyata keçirdiyi Şərq-Qərb nəqliyyat dəhlizi və Tans-Xəzər nəqliyyat layihələrin reallaşması Çin-Azərbaycan iqtisadi əlaqələrində yeni bir mərhələ açdı. Bir kəmər, Bir yol Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində cənab İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında gələcək iqtisadi əlaqələrin genişləndirilməsi ətrafında geniş müzakirələr aparıldı, Çin şirkətlərinin Azərbaycana investisaiyalar yatırması ilə əlaqədar razılıqlar əldə olundu".

A.Badamov vurğulayıb ki, Çindən Avropaya göndərilən yüklərin daşınmasında Azərbaycanın təqdim etdiyi tranzit daşımalarla bağlı imkanlar çox səmərəlidir və perspektivlidir: "Azərbaycan Çində ticarət evləri, şərab evləri, ticarət nümayəndəlikləri açır və ixrac missiyaları həyata keçirir. Bu da ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının Çin bazarına ayaq açmasına şərait yaradacaq. Azərbnaycan-Çin münasibətlərinin inkişafı çinli turistlərin ölkəmizə cəlb edilnməsi baxımından da vacibdir. Ümumiyyətlə, Çin-Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir və möhkəmlənir".