Bu qaydanı pozan sürücüləri 50 manat cərimə gözləyir


Digərləri 07 Okt 2019 16:41:00 299 0

Bu qaydanı pozan sürücüləri 50 manat cərimə gözləyir

Sərnişin avtobuslarından biri qara tüstü buraxıb. Məlum olub ki, həmin avtobusda xəttə çıxandan sonra nasazlıq yaranıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, görüntülər 2 gün əvvəl Bakı-Sumqayıt yolunda çəkilib. Kadrlardan aydın olub ki, üzü şəhər istiqamətində hərəkət edən və 159 saylı xəttə aid olan avtobusda ciddi nasazlıq var. Bu səbəbdən marşurutdan çıxan qara tüstü ətrafa yayılır.

Araşdırma zamanı məlum oldu ki, həmin avtobuslar metronun ''20 Yanvar'' stansiyasından Sulutəpə qəsəbəsinə sərnişin daşıyırlar. Həmin xəttə işləyən sürücülərin dediyinə görə, avtobuslar mütəmadi olaraq texniki qulluqdan keçirilir.

Avtobusdan çıxan qara tüstünün səbəbini öyrənmək üçün daşıyıcı şirkətlə əlaqə saxladıq. Kalon rəisi Mahir Quliyev həmin faktdan xəbərdar olduqlarını bildirdi. Həmin avtobusla bağlı tədbir gördüklərini dedi.

(adsgarden = window.adsgarden || []).push({});