Azərbaycanda tədqiqat və innovasiya üçün Aİ maliyyəsini necə almaq olar? VİDEO


Digərləri 07 Okt 2019 17:05:00 268 0

Azərbaycanda tədqiqat və innovasiya üçün Aİ maliyyəsini necə almaq olar?  VİDEO

1.       Maraqlı tədqiqat ideyam var. Aİ-dən maliyyə dəstəyi əldə edə bilərəm?

Bəli, əlbəttə. Azərbaycanda fəaliyyət göstərən təşkilatlar Aİ-nin"Horizon 2020" (H2020) proqramına müraciət etmək imkanına malikdir. Bu, Avropa İttifaqının bu günə qədər ən böyük tədqiqat və innovasiya proqramıdır və 2018-2020-ci illəri əhatə edən dövrdə dünya üzrə təxminən 30 milyard avro dəyərində büdcəsi var.

Azərbaycan Aİ-yə üzv deyil, ancaq "Horizon 2020" proqramı bütün dünyada çalışan alimlər və tədqiqatçıların üzünə açıqdır. Bu isə o deməkdir ki, siz Aİ-yə üzv olan ölkələrdən və ya H2020-yə qoşulmuş ölkələrdən olan universitetlər və ya institutlar ilə əməkdaşlıq edə və layihələrdə iştirak edə bilərsiniz.

2.       Əla səslənir, amma mən bilmirəm nədən başlayım, hara baxım... Necə müraciət edə bilərəm?

Deməli, siz neçə il universitetdə oxumusunuz, Fəlsəfə elmləri doktoru dərəcəniz var, amma müraciət etməkdə çətinlik çəkirsiniz?

Narahat olmayın, çünki siz tək deyilsiniz! İlk növbədə, "Horizon 2020" şəbəkəsinin Azərbaycanda aşağıdakı xidmətləri təklif edə bilən Milli əlaqə mərkəzlərinə müraciət etməlisiniz: 

Müvafiq "H2020" mövzularını və fəaliyyət növlərini seçmək üçün təlimatlandırma İnzibati prosedurlar və müqavilə ilə bağlı məsələlərə dair tövsiyələr Layihə tərtibatı ilə bağlı təlim və kömək Sənədlərin paylanması (formalar, metodiki tövsiyələr, təlimatlar və s.) Tərəfdaş axtarışında kömək

Azərbaycanda fəaliyyət göstərən Milli əlaqə mərkəzlərinin tam siyahısını buradan tapa bilərsiniz. Siz həmçinin tədbirlər, imkanlar, seminar və təlimlərə dair məlumatlar almaq üçün həmin mərkəzlərin Facebook səhifəsinə baş çəkə bilərsiniz.

3.    Əla səslənir, amma ərizə formasını doldurmaq asan deyil, elə deyilmi?

Şübhəniz olmasın. Ərizənin doldurulması prosesini ciddi qəbul etməlisiniz. Bu prosesdə sizə kömək lazımdır.

Birincisi, bəzi iştirak imkanlarının fərdi şəxslər üçün açıq olduğunu, əksər layihələrin isə birgə (əməkdaşlıq çərçivəsində) həyata keçirildiyini bilməlisiniz. Buna görə xaricdə tərəfdaşlıq əlaqəsi yaratmağınız üçün universitetiniz və ya hər hansı yerli qurum ilə birgə işləməlisiniz. Azərbaycan Aİ-yə üzv dövlət və "Horizon 2020" proqramına qoşulan ölkə olmadığı üçün azı üç müxtəlif Aİ ölkəsi və ya proqrama qoşulan ölkədə fəaliyyət göstərən təşkilatlarla komanda şəklində çalışmalısınız.

Milli əlaqə mərkəzləri ərizə formasının doldurulmasında sizə kömək edəcəklər, ancaq münasib ərizə qəbulunun və tərəfdaşın tapılmasında, idarəetmə, ödənişlər və auditin təqdim olunması kimi məsələlərə aydınlıq gətirən iştirakçılar üçün hərtərəfli onlayn istifadə təlimatını nəzərdən keçirməlisiniz.

Bundan başqa, Rus dilində ərizə formasında ideyanın təsvir olunmasına dair beş mərhələdən ibarət praktiki metodiki vəsait mövcuddur.

4.       Fərdi şəxslər üçün hər hansı maliyyə dəstəyi mövcuddur?

Xaricdə işləyərək çalışdığınız ixtisas üzrə irəli getmək istəyirsinizsə, fərdi təqaüd ("H2020" Marie Skłodowska-Curie Actions (MSCA) çərçivəsində) üçün müraciət edə bilərsiniz . Müraciət etmək üçün Fəlsəfə elmləri doktoru dərəcəsinə və ya azı dörd il əyani tədqiqat təcrübəsinə malik olmaq tələb olunur. Fizika, dilçilik, səhiyyədən tutmuş riyazi modelləşdirməyə qədər bütün fənlər üzrə araşdırmalar maliyyələşdirilə bilər. Maksimum iki il müddətinə verilən qrantlar çərçivəsində yaşayış, yol və ailə ilə bağlı xərclər ödənilir və Aİ təlim, şəbəkə və tədqiqat xərclərini, həmçinin layihənin idarə olunması ilə bağlı dolayı xərcləri qarşılayır (ətraflı məlumat üçün ərizəçilər üçün metodiki vəsaitə baxın). Qrant adətən qəbul edən təşkilata, yəni universitet, tədqiqat mərkəzi və ya Avropadakı hər hansı şirkətə verilir.

MSCA-da həmçinin bütün dünyada tədris, sənaye və kommersiya xarakterli təşkilatlar arasında işçi heyətinin qısamüddətli mübadiləsini maliyyələşdirən Tədqiqat və İnnovasiya üzrə İşçi Heyəti Mübadiləsi (RISE) mövcuddur. İstənilən milliyyətə mənsub və karyerasının istənilən mərhələsində olan tədqiqat heyəti, yəni Fəlsəfə elmləri doktoru dərəcəsinə hazırlıqdan tutmuş təcrübəli tədqiqatçılara qədər hər kəs, eləcə də rəhbər, texniki və ya inzibati vəzifələrdə çalışan heyət üzvləri iştirak edə bilərlər.

(adsgarden = window.adsgarden || []).push({});