ABŞ səfiri Qobustan Qoruğunda olub (FOTO)


Digərləri 07 Okt 2019 16:10:01 218 0

ABŞ səfiri Qobustan Qoruğunda olub (FOTO)

ABŞ-ın Azərbaycandakı səfiri Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

Bakı. Ceyhun Ələkbərov - ABŞ-ın Azərbaycandakı səfiri Qobustan Milli Tarix-Bədii Qoruğunda olub. Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətin bildiriblər. Oktyabrın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Qobustan Milli Tarix-Bədii Qoruğunda olub. Səfir əvvəlcə qoruq ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlarla tanış olub. Qonağa Qobustan abidələri, aparılan arxeoloji tədqiqatlar haqqında məlumat verilib. Bildirilib ki, Qobustan qayaüstü təsvirləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində 6 mindən çox qayaüstü təsvirin, 20 mağara və yaşayış yerinin, 40 kurqanın aşkar edilib öyrənildiyini səfirin diqqətinə çatdıran qoruğun direktoru Vüqar İsayev Qobustanın 2007-ci ildə UNESCO- nun Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib. Qeyd edib ki, nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.