Azərbaycanda qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb


Digərləri 07 Okt 2019 15:11:32 224 0

Azərbaycanda qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi açıqlanıb

Bakı Fond Birjasında 2019-cu ilin ilk doqquz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11,007,995,721 manat təşkil edib.

Bakı. Bakı Fond Birjasında (BFB) 2019-cu ilin ilk doqquz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11,007,995,721 manat təşkil edib. 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi 10,850,724,897 olub. BFB-dən Trend-ə bildirilib ki, nəticə olaraq, 2019-cu ilin ilk 9 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmində ötən ilin ilk 9 ayına nəzərən 1.45% artım qeydə alınıb. 2019-cu ilin sentyabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3,380,096,669 manat təşkil edib. Ümumilikdə Birjanın kapitalizasiyası keçən aya nisbətən 0.19% artıb.